Menu

Sabirabad sakinini qatar vuraraq öldürüb

14.05.2018, 01:13
Sabirabad sakinini qatar vuraraq öldürüb

Sabirabad rayonunda 36 yaşlı kişini qatar vuraraq öldürüb.APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zalqaraağac kəndi ərazisində keçən dəmir yol xəttində baş verib.

Qatar kənd sakini, 1982-ci il təvəllüdlü Cavadov Rahil Əlihüseyn oğlunu vurub. Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən R.Cavadovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol