Menu

Rusiya, İran, Çin və «Avropa üçlüyü» - Sazişə sadiq qalanlar

14.05.2018, 12:08
Rusiya, İran, Çin və «Avropa üçlüyü»  - Sazişə sadiq qalanlar

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya xarici işlər nazirinin səlahiyyətlərini icra edən Sergey Lavrov bəyan edib ki, Avropa üçlüyü (Almaniya, Fransa, Britaniya - red.), Rusiya, İran və Çin İranın nüvə proqramı barədə bağlanmış sazişə (BHFP) əməl olunmasının tərəfdarı rolunda çıxış edirlər.

«Bizim bildiyimiz qədərində, həm Avropa üçlüyü, həm Çin və İran, həm də Rusiya BHFP-nın şərtlərinə əməl olunmasının tərəfdarı olduqlarını elan ediblər və biz, çox istərdik ki, bu gün sizin planları və bizim ümumi fəaliyyətimizi müzakirə edək» - deyə, Lavrov İran XİN başçısı Mohəmməd Cavad Zəriflə görüşdən əvvəl bidirib.

Xəbər verildiyi kimi, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp ölkəsinin 2015-ci ildə İranla bağlanmış nüvə sazişindən çıxdığını elan edib. Bundan başqa, Tramp İrana qarşı tətbiq olunmuş və sözügedən sazişin imzalanmasından sonra fəaliyyəti dayandırılmış sanksiyaların bərpa olunduğunu da elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol