«AzPolitika.info»-nun Qazaxıstan KİV-nə istinadla verdiyi xəbərə görə, Qazaxıstanın paytaxtı Astana şəhərində Suriya münaqişəsinin tənzimlənməsi üzrə danışıqların növbəti raundu başlayıb. Bu barədə xəbəri Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti yayıb.
«Astanada Suriya tənzimləməsi üzrə Astana prosesi çərçivəsində bütün qarant ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli və üçtərəfli danışıqlar başlanıb» - xəbərdə belə deyilir.


Şərhlər