Menu

İstanbulda İsrailə və ABŞ-a qarşı kütləvi aksiya keçirilir

14.05.2018, 23:17
İstanbulda İsrailə və ABŞ-a qarşı kütləvi aksiya keçirilir

İstanbulda işğalçı İsrailin Qəzzada hərəkətlərinə qarşı etiraz aksiyası keçirilir. “Habertürk” bildirir ki, aksiyada minlərlə insan iştirak edir. Qeyd olunur ki, etirazçılar həmçinin ABŞ-ın İsraildəki paytaxtını Tel-Əvivdən Qüdsə keçirməsi qərarına qarşı çıxış edirlər.

Aksiya iştirakçıları İsrail və ABŞ əleyhinə şüarlar səsləndirir. Aksiyalar İstanbulun İstiqlal küçəsi və Taksim meydanında keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol