Menu

Türkiyə İsrail və ABŞ-dakı səfirlərini geri çağırıb

15.05.2018, 00:49
Türkiyə İsrail və ABŞ-dakı səfirlərini geri çağırıb

Türkiyə Qəzza zolağında baş verən hadisələrlə əlaqədar İsrail və ABŞ-dakı səfirlərini geri çağırıb.

APA-nın “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

O, sabahdan ölkədə 3 günlük matəm elan edildiyini elan edib.

Ərdoğan həmçinin bir sıra dünya liderləri, o cümlədən Fələstinin rəhbəri Mahmud Abbas və BMT Baş katibi Antoniu Guterreş ilə danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb.

Türkiyə prezidenti İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplanmasının çağırılmasının zəruriliyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol