Menu

Güləndən yeni təlimat: Böyük savaşa hazır olun, terakt törədin!

15.05.2018, 10:26

fethullah-gulen-i-cia-himaye-ediyor-1468554624FETÖ-nun başçısı Fətullah Gülən tərəfdarlarına Türkiyədə xaos yaratmaqla bağlı təlimat verərək, “Böyük savaşa hazır olun” deyib.Axar.az xəbər verir ki, bu barədə “Yeni şəfəq” qəzeti araşdırma dərc edib.

Məlumata görə, İsrailin Suriyaya hərbi müdaxiləsinə diqqət çəkən terror təşkilatının başçısı Gülən “Suriya ilə birlikdə Türkiyə də qarışacaq” deyib və bütün təşkilat üzvlərinin komanda şəklində çalışmalı olduğunu bildirilib.

O, həmçinin, seçki ərəfəsində Türkiyədə iki kamikadze hücumunun təşkil edilməsini istəyib.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ, Fransa və PKK-nın da Türkiyədə 24 iyunda keçirilməsi nəzərdə tutulan seçkilərdən əvvəl terror və xaos törətmək barədə razılığa gəlməsi haqda xəbərlər yayılıb.

Şərhlər

Hörmət 2018-05-15 10:26:05

Güləni bu mənfur,türk və müsəlman düşməni olan imperialist ABŞ danışdırır.Çünki Ərdoğan Qüds məsələsində ABŞ-ı və İsraili günahlandırıb,eyni zamanda Türkiyənin səfirini bu ölkələrdən geri çağırıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol