“Biz Qafqaz müsəlmanları bəyan edirik ki, Qüds müsəlmanların - Fələstinin paytaxtıdır”. APA-nın məlumatına görə, bu bəyanatla Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxış edib.
O qeyd edib ki, başqa bir dövlətin Qüdsə müdaxiləsi ciddi fəlakətə yol açacaq: “Artıq bu baş verir. 59 müsəlman həlak olub, 2 minə yaxını yaralanıb. 1990-cı ilin yanvarında biz bu təcavüzü yaşamışıq. İndi bu, orda təkrar olunur. Ermənilərin bizə təcavüzü də bunun eynisidir”.
Şeyxülislam bildirib ki, Qüds müsəlmanların doğma və müqəddəs torpağıdır: “Qüdsdə bu gün baş verənlərin səbəbi müsəlman dövlətləri arasında birliyin olmamasıdır. Bəzi dövlətlər də bu birliyin olmamasından məharətlə istifadə edir”.


Şərhlər
Hemeshe olduqu kimi Sheyxden cesaretli addim halal olsun !!!!
Müqəddəs,mübarək Ramazan ayının astanasında ABŞ-ın fitnəsi,bəzi müsəlman dövlətlərinin susqun razılığı və İsrailin qəddar,amansız qənlı müdaxiləsilə Fələstində günahsız müsəlman qardaşlarımızın tökülən şəhid qanları yerdə qalmayacaq.İNŞALLAH MÜQƏDDƏS RAMAZAN AYININ SONUNA KİMİ
bu qətliyamın cəzasını MÜTLƏQ ADİL HAKİM MƏRHƏMƏT SAHİBİ BİR OLAN HAQQ ALLAH,YUXARIDA ADLARINI QEYD ETDİYİM DÖVLƏTLƏRƏ HÖKMƏN VERƏCƏYİNƏ ZƏRRƏ QƏDƏR ŞÜBHƏ ETMİRƏM.İNŞALLAH,BU BEYNILXALQ CANİLƏR YERLƏ YEKSAN OLACAQLAR,ALLAHU ƏKBƏR!
Cənab Şeуx, Azərbaуcanın da daxil oldugu İƏKin münasibəтi necədir? Belə olan halda, Həcc ziarəтini тəşkil edən İslam fəaliууəтi hansı mənəvi ruha və dinə xidməт eтmiş olur?