Menu

İstanbulda İŞİD-in 54 döyüşçüsü tutuldu

15.05.2018, 13:34
İstanbulda İŞİD-in 54 döyüşçüsü tutuldu

İstanbulda polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatının 54 üzvü saxlanılıb.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, antiterror əməliyyatı dünən axşam saatlarında şəhərin 13 rayonunda 19 ünvanda keçirilib.

Saxlanılanlar arasında xarici vətəndaşlar da var. Amma onların vətəndaşlıqları və digər təfərrüatlar barədə məlumat verilmir.

Yalnız o qeyd olunur ki, saxlanılan şəxslərin əksəriyyəti Suriya və İraqda terror təşkilatlarının tərkibində fəal iştirak ediblər və yenə Suriyaya keçməyi planlaşdırırlarmış...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol