İtaliyanın sabiq baş naziri Silvio Berluskoniyə qarşı irəli sürülən qanunsuz intim münasibətlə bağlı ittihamlar ləğv olunub və ona bəraət verilib.
ANS TV-nin məlumatına görə, Berluskoninin bəraət alması hətta vəkillərin də gözləntilərindən artıq olub.
77 yaşlı sabiq dövlət rəsmisi bir müddət əvvəl 18 yaşına çatmamış mərakeşli gecə klubu rəqqasəsi Karimə əl-Mahrux ilə intim münasibət qurmaqda ittiham olunurdu. Berluskoni qızın həddi buluğa çatmamasından xəbərsiz olduğunu deyirdi.
Məhkəmə onun 7 illik azadlıqdan məhrumetmə cəzasını 1 il müddətində ictimai xidmətlə əvəz etmişdi.
Eyni zamanda, vergi qaçaqçılığında ittiham olunan Berluskoni hazırda qocalar evində icbari şəkildə xidmət göstərməklə cəzasını çəkir.


Şərhlər