Menu

Uşaqların 1 yaşından bağçaya verilməsi rəsmiləşdi

18.05.2018, 14:54
Uşaqların 1 yaşından bağçaya verilməsi rəsmiləşdi

Milli Məclisdə “Təhsil haqqında” qanuna dəyişiklik müzakirə olunub.

Trend-in xəbərinə görə, qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli söyləyib ki, qanuna təklif edilən dəyişiklikdə Azərbaycanda uşaqların məktəbəqədər təhsil müəssisələrinə 3 yaşından verilməsi ilə bağlı müddəanın dəyişdirilməsi, bunun əvəzinə uşaqların 1 yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, “Təhsil haqqında” qanununun mövcud variantına əsasən, məktəbəqədər təhsil 3 yaşından başlayır: “Amma uşağı 3 yaşından məktəbəqədər müəssisəyə cəlb etmək bir qədər gecdir. Əhalinin real tələbatını ödəmək başlamaq məqsədilə “Məktəbəqədər qədər təhsil haqqında” qanunda məktəbəqədər təhsilin 1 yaşından başlanılması qərara alınıb. Dünyada hətta 2, 3 aylıqdan uşaqların bağçalara verilməsi faktı var. Amma Azərbaycanda reallıq budur ki, uşaq 1 il ana tərbiyəsi almalıdır. Biz “Təhsil haqqında” qanunda da uşaqların 1 yaşından bağçaya verilməsi ilə bağlı dəyişikliklərin edilməsini təklif edirik”.

Qanun layihəsi müzakirələrdən sonra qəbul olunub.

Şərhlər

t.ədalət 2018-05-18 14:54:38

Nə qədər nadan bir təklif.Körpələr çox vaxt 3 yaşına kimi ana südü ilə qidalanırlar.Onları tərbiyə almağa ehtiyacı olan bağça tərbiyəçilərinə etibar etmək ağılsızlıqdır.Gəlin ,özümüzü belə gərəksiz təkliflərlə aldatmayaq!Təklifləri və qanunları daha çox Vətənimizin müdafiəsi istiqamətinə yönəldək!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol