Menu

Tərtər sakininin cəsədi təhlükəli ərazidən götürülüb

19.07.2014, 22:11
Tərtər sakininin cəsədi təhlükəli ərazidən götürülüb

Şuşa və Tərtər rayon polis şöbələrinin əməkdaşları meyidi saat 21 radələrində çıxarıb

Ötən gün cəbhənin Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşinə tuş gələn Tərtər sakininin cəsədini təmas xəttinə yaxın olan ərazidən götürmək mümkün olub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Mübariz Əliyevin cəsədini təmas xəttində xidmət edən Şuşa polisi ilə birgə Tərtər rayon polis şöbəsinin əməkdaşları təhlükəli ərazidən saat 21 radələrində çıxarıb.

Cəsəd ilkin olaraq Tərtər rayon xəstəxanasının morquna gətirilib. Meyit daha sonra ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, dünən evdən balıq tutmaq ücün çıxan Tərtər sakinini ermənilər snayperlə vurub. Mübariz Əliyev 2 azyaşlı uşaq atası olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol