Menu

Hərbçilərimiz qəzaya düşdü - 1 ölü, 3 yaralı

20.07.2014, 09:08
Hərbçilərimiz qəzaya düşdü - 1 ölü, 3 yaralı

Tərtərin Hüsənli kəndi ərazisində 1 nəfərin ölümü, 3 nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Xəbərə görə, qəzaya düşənlərin hamısı Azərbaycan Silahlı Qüvvələrində müddətdən artiq xidmət edən (MAXE) hərbiçilərdir. Yaralılar 1992-ci il təvəllüdlü Bəylərov Emin Nuğay oğlu, 1994-cü il təvəllüdlü Rəfizadə Nurlan Rəfail oğlu, 1993-cü il təvəllüdlü Əhlimanlı Koroğlu Elman oğludur. Qəza zamanı həlak olan hərbi qulluqcu isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsindən hərbi xidmətə çağırılan 1990-cı il təvəllüdlü Əsgərzadə Anar İlham oğludur.

Yaralılar Ağcabədi ərazisindəki hərbi hospitala yerləşdiriliblər. Qəzaya uğrayan nəqliyyat vasitəsinin Koroğlu Əhlimanlıya məxsus olduğu bildirilsə də onu kimin idarə etdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol