Menu

ABŞ-da zavodda yanğın nəticəsində azı 22 nəfər xəsarət alıb

20.05.2018, 12:40
ABŞ-da zavodda yanğın nəticəsində azı 22 nəfər xəsarət alıb

ABŞ-ın Texas ştatında fəaliyyət göstərən “Kuraray America” zavodunda güclü yanğın nəticəsində azı 22 nəfər xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Yanğına səbəb polietilenin sızması olub.

Şirkət rəhbərliyi insidentin araşdırılmasında yerli qurumlarla əməkdaşlıq edəcəyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol