Menu

Nikolas Maduro yenidən Venesuela prezidenti seçilib

21.05.2018, 09:16

Venezuela's presidential candidate Nicolas Maduro sings during a campaign rally in CaracasVenesuela prezidenti Nikolas Maduro seçicilərin 68 faizinin (5,8 mln. nəfər) səsini qazanaraq ölkədə keçirilən prezident seçkilərində qələbə qazanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Venesuela Milli Seçki Şurasının sədri Tibisay Lusena bildirib.

Onun sözlərinə görə, bülletenlərin 92,6 faizinin hesablanmasına əsasən Nikolas Maduro 5 823 718 səs toplayıb, Enri Falkon (müxalifətdən namizəd) seçicilərin 1 820 552 nəfərinin, Havyer Bertuçi isə 925 000 nəfərinin etimadını qazanıb.

Müxalifət lideri Enri Falkon seçkilərin nəticələrini tanımadığını və sabah ölkəni tərk edəcəyini bəyan edib.

Beləliklə, N.Maduro 2025-ci ilədək Venesuela prezidenti vəzifəsində çalışacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol