Son əfv fərmanı ilə azadlığa çıxanlar arasında şair Saday Şəkərli də var. "AzPolitika.info" xatırladır ki, hədə-qorxu gəlməklə pul tələb etməkdə təqsirləndirilərək 5 il müddətinə azadlıqdan məhrum edilən Saday Şəkərlinin sabiq vergilər naziri Fazil Məmmədovun sifarişilə həbs edildiyi idia olunurdu.
Bu ilin əvvəlində S.Şəkərli məhkəməyə müraciət edərək səhhətinə və ailəsinin vəziyyətinə görə vaxtından əvvəl azadlığa buraxılmasını istəmişdi.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən S.Şəkərlinin cəzasını apellyasiya instansiya 5 ilə endirib.

Görünür, Fazil Məmmədovun artıq vergilər naziri olmaması da S.Şəkərlinin azadlığa yolunun açılmasında əhəmiyətli rol oynayıb.


Şərhlər
Böhtan atan özüdə bu dərdə mübtala olar İNİŞALLAH.
F. Məmmədov kim idi ki, adam tutdursun..tutdura bilibsə hmo-lar hara baxıb? ailə məhkəməsində hökm verib ailə ya şəxsi türməsində yatırtmayıbki? yəni hmo və məhkəmələr sifarış və göstərişlə işləyirlər yalnız..yazı başlığından belə çıxır birmənalı..