Menu

“Bunu haradan tapıb gətirib bura daxil ediblər?” – Deputat

25.05.2018, 11:58
“Bunu haradan tapıb gətirib bura daxil ediblər?” – Deputat

““Kobud ehtiyatsızlıq” nə deməkdir?”

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 25-də keçirilən birgə iclasında millət vəkili Rafael Cəbrayılov deyib.

Deputat qeyd edib ki, qanunvercilikdə “qəsdən” və “ehtiyatsızlıq” məfhumları var: “Qəsdən” məfhumu da iki mənada işlənilir. Amma “kobud ehtiyatsızlıq” nə deməkdir? Bunu haradan tapıb gətirib bura daxil ediblər?

Əgər qanunvericilikdə bu məfhum olacaqsa, onda “ehtiyatsızlıq”la “kobud ehtiyatsızlıq” da bir-birindən fərqləndirilməlidir. Ümumiyyətlə, loru dilin qanunvericilikdə nə işi var? Məsələn, elə “ağlabatan” sözünü götürək...

“Ağlabatan” hara, qanunvericilik hara? Hesab edirəm ki, qanunlarımızın dili loru dildə olmamalıdır, sırf qanun dilində olmalıdır”.

Şərhlər

Абдулла 2018-05-25 11:58:21

Belə qənaətə gəlinir ki, qanunvericiliyi loru dildə təhsil alanlar hazırlayırlar. Bu səbəbdən qanunvericilikdə qeyri-müəyyənliklər və boşluqlar çoxdur.

vekil 2018-05-25 11:58:21

Aglabatan muddet sozu qanunlarda qeyri mueyyenlik yaradir, suii istifadeye sebeb olur.Bu sozu qanunlardan cixartmaq lazimdir.

SUAL 2018-05-25 11:58:21

QANUNLAR QƏBUL OLUNUANDAN SONRA İŞLƏMİR AXİ AY MİLLƏT VƏKİLİ ADLANANLAR.
BİR DƏ Kİ LƏYAXİ BUDUR DƏ. ARA USAQLARİ KİMİ. NECƏ OLULUR Kİ RUS DİLİNDƏN OLDUĞU KİMİ TƏCRUMƏ EDİB DOLDURMUSUZ QANUNLARİN İCİNƏ. MƏSƏLƏN
GOTUREK ELƏ BAŞ CİNAYƏTKARLİQLA MUBARİZƏ İDARƏSİNİN ADİNİ. YAXUD BAŞ NARKOTİKLƏRLƏ MUBrizə İDARƏSİ. BU NECƏ SƏSLƏNİR RAFAYİL MUƏLLİM? HƏ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol