Menu

“Sədərək”də daha bir yanğın

21.07.2014, 09:42
“Sədərək”də daha bir yanğın

Bu gün səhər saatlarında Sədərək Ticarət Mərkəzində yenidən yanğın baş verib.

Bu barədə “Qafqazinfo”ya hadisənin şahidləri məlumat verib. Xəbərə görə, mərkəzin işıqlarını qoşan kimi yanğın başlayıb. Hadisə ticarət mərkəzinin 3-cü sıra, 7-ci korpusunda baş verib.

Hadisə yerinə dərhal yanğınsöndürənlər çağırılıb və yanğının genişlənməsinin qarşısı alınıb. Nəticədə 7-8 dükanın yandığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol