Menu

"Çox ağır gecə idi, amma mən döyüşçüyəm" - Salah DÇ-2018-də oynayacağına əmindir

28.05.2018, 00:34
"Çox ağır gecə idi, amma mən döyüşçüyəm"  - Salah DÇ-2018-də oynayacağına əmindir

İngiltərənin "Liverpul" klubunun və Misir yığma komandasının yarımmüdafiəçisi Məhəmməd Salah Çempionlar Liqasının finalında çiynindən aldığı zədədən sonra yenidən yaşıl meydanlara qayıdacağından danışıb.

“Report”un xəbərinə görə, o öz "Twitter" hesabında yazıb ki, bütün çətinliklərə baxmayaraq, Rusiyada olacaq:

"Çox ağır gecə idi, amma mən döyüşçüyəm. Bütün çətinliklərə baxmayaraq, əminəm ki, mənimlə fəxr etməyiniz üçün Rusiyada olacağam. Sizin sevgi və dəstəyiniz mənə ehtiyac duyduğum gücü verəcək", – deyə Salah bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol