RÜSTƏM İBRAHİMBƏYOV VƏ NİKOLAY TRUBETSKOY

Etibar ƏLİYEV

Bizim xaricdə yaşayan görkəmli adamlarımız sarıdan bəxtimiz gətirməyib. Götürək artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri, Sovet kosmik proqramının banilərindən biri sayılan Kərim Kərimovu. Bu adam kişi kimi bir dəfə də olsun ağzını açıb Qarabağ haqqında danışmadı. Dahilər dahisi hesab etdiyimiz Lütfi Zadə də həmçinin. Bunlar danışmadılar, ancaq başqa bir görkəmlimiz milləti aşağılayan film çəkdi. Bu adamın titullarına tamaşa edin: “Azərbaycan dramaturqu, ssenarist, prodüser və kinorejissor, xalq yazıçısı, əməkdar incəsənət xadimi, Azərbaycan dövlət mükafatı laureatı”. Hələ üztəlik ona “Şöhrət” ordeni də verilib.

Bu adamın Qarabağın işğalından, minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsindən 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, ortaya qoyduğu filmə baxın. Epitemey təfəkkürlü, ermənipərəst Azərbaycan xalq yazıçısı! Ermənilər kəndbəkənd, şəhərbəşər xalqımıza divan tutublar, tarixi abidələri məhv ediblər, körpə uşaqları doğrayıblar. Deyəsən Rüstəm İbrahimbəyovun bunlardan xəbəri olmayıb. Bu rejissor-biəməl deyəsən Moskvada tez-tez görüşdüyü Zori Balayanın yazılarını, müsahibələrini də oxumur. Adi məntiqlə yanaşsaq, ona cavab vermirsə, demək onunla razılaşır.

Deyirlər ki, Rüstəmgil əsilzadədir. Yəni Əhməd bəy Ağaoğludan da nəcabətlidir? Əhməd bəy Ağaoğlunun “Bakı hadisələri haqqında” məqaləsi erməni alçaqlığının və hiyləsinin mahiyyətini açır. Yeri gəlmişkən, bu məqalə dərsliklərə salınmalıdır. Bunu da oxumayıb?

Rustem IBR

Bu bədbəxt “əsilzadə” bilirmi ki, Eduard Qulyan kimi erməni milyonçuları gəlib Şuşada məskunlaşan ermənilərə evlər tikirlər, məktəblər açırlar. Bu nataraz tip isə millətin əleyhinə kino çəkir.

Bəlkə rus linqivisti, tarixçisi, filosofu və publisisti knyaz Nikolay Trubetskoyu (1890-1938) da tanımır? Nikolay Trubetskoy Moskva Dövlət Universitetinin rektoru olmuş knyaz Sergey Trubetskoyun oğludur və “Avrasiya nəzəriyyə”sinin banisidir. N.Trubetskoy “Qafqaz xalqları haqqında” əsərində yazır: “Zaqafqaziyada qurulan hansı rus hökumətindən asılı olmayaraq rus oriyentasiyasına meyilli olan ermənilər var. Ciddi erməni separatizmi mümkün deyil. Ermənilərlə hər zaman razılaşmaq asandır. Lakin onlara arxayın olmaq, inanmaq səhvdir. Ermənilər parazit xalqın və mütiliyin bütün cizgilərinə malikdirlər. Onların daşıdıqları antipatiya öz qonşularına nifrətə qədər gəlib çatıb. Bu antipatiya və nifrəti onlarla həmfikir olanda belə unutmamalısan”.

Təkcə bu ifadələrdən bir neçə film çəkmək olar.

Əsilzadəlik bax belə olar e, tovariş İbraqimbekov!

635x100

Şərhlər

Turkoglu 2018-05-28 14:57:01

Men baxmisham o kinoya.Dyzy,Ele bir shey gormyrem ki ,bizim Milleti ashagilayib,ermenileri terifleyib. Myeyyen sozlerle ermenilerin eqoist ,ancaq ozlerini Dyshynen olduqlarini,Bakida metroda terror elediklerini Bildirib.He ,bir gyrcy kishini ermeni bilib ,Bakida doyub oldyryrler. Amma ,ymumilikde ,Men bilen ,Bu qeder soz-sohbete ehtiyac yoxdur. Meger oz ushaqliq dostuna (ermeni olsa da) ,karyerasini zerbe altina qoymaqla Bele komek eden azerbaycanli kishi obrazi milleti ashagilamaq demekdirmi?Mence yox.

Arif Əliyev 2018-05-28 14:57:01

Qıpçaq Məlikə sən çəkilən filimə münasibət bildir əgər o filimə baxmısansa sən kimsən ki millət söhbəti edirsən günah AZ.politkadadır belə qızışdırıcı şərhləri dərc edir.Umumiyətlə şəxs haqında şərh bildirəndə milli etnos məsələni qabartmaq olmaz.

Şərh yazanlara 2018-05-28 14:57:01

Görəsən bu şərh yazanların hansı Qafqaz uçlüyü filminə baxıb.Mənə belə gəlir ki,heç biri.Sadəcə şərh yazmaq xatirinə şərh yazırlar.

vlad 2018-05-28 14:57:01

gelin eyri oturub duz danishaq. azerbaycan xalqi ayaga qalxib ermeni quldur-separatistleri qovub chixarsa buna rustem beyde urekden sevinenlerden biri olacaqdir.

G.M 2018-05-28 14:57:01

R.İbrahimbəyov da köçüb gedəcək,Cəmil də və.s.Sonra necə olacaq... erməni Qarabağdan çıxacaq,yoxsa mayası rüşvətdən tutulan məmur balaları,yaxud da tində,dalanda doğulan müğənni balaları bu Ölkəyə bir gün ağlayacaqlar.İçimizdə ``düşmən axtarışı`` başımızı kəsən Düşməndən qorunmağımıza mane olur.Bir-birimizə soxduğumuz Qılınc Vətənimizi parçalayır.Bir gün gəlin oturub fikirləşək.Bu günə düşməyimizdə günah kimdədir.

Qıpçak Melik 2018-05-28 14:57:01

Ibrahimbekov kimdir, haralidır? Onun regionu kosmoplit Bakı, milliyyeti ise tatdır. Belesi den nese gözlemek sadelövhlükdür.

Nikita Mixalkov 2018-05-28 14:57:01

Amerika kino akademiyasının OSKAR mükafatını almış yeganə Azərbaycanlı öz pulu ilə Azərbaycanda kinistudiya tikib filmlər çəkmək istəyirdi Paxıllıqdan küsdürdülər qoymadılar yeri əlindən aldılar Rəhmətlik Heydər Əliyevin yeri görünür o sağ olsaydı kinostudiya tikilərdi lazım olan kinolar çəkilərdi və ölkəmiz bu istiqamətdəndə tanınardı necə ki Rostropoviçlə tanınan kimi

sevdimalı 2018-05-28 14:57:01

bəyzadəlik, xanzadəlik hara gədə höküməti olan sovetlərə canbaşla nökərçilik hara? bu hökümətin rusca olan adının tərcüməsində ilk illərdə fəhlə-kəndli sözündən sonra gəda sözü də olub, sonra bu sonuncunu yerli rəhbərlər çıxarıblar..

Nikita Mixalkova 2018-05-28 14:57:01

Pərəstiş ediləcək Yüksək Titullar sahibi İbrahimbekovun belə "püskürməsi" onun mənəvi "intiharının" ifrat təzahüründən başqa bir şey deyildir. Əlbətdə belə ifadə forması əsl naqislikdir. Görünür ki, Rəhmətlik Heydər Əliyev tərəfindən əhatə olunduğu diqqət və qayğılar fonunda sonralar baş verənlər onun şovinist əlamətli təfəkküründə "tufan-qasırğa" oyadıb.Məncə, bu nataraz adamı "iyrənc vulkan" püskürməsinə təhrik edənlər daha çox lənətlənməlidir!

ATZEK 2018-05-28 14:57:01

BU QARABAĞ,OSETİYA,DNESTRYANI,DONBAS,KRIM VƏ S. KQB BAŞBİLƏNLƏRİNİN ORTAYA ATDIĞI BİR RƏQS HAVASIDIR.KİMİN QAFASI DƏRK ETMİRSƏ BU HAVAYA OYNAYIR.KQB ÖZÜ İSƏ MİLYARDLARI ALTINA YIĞMAQLA MƏŞĞULDUR.

kluni 2018-05-28 14:57:01

Hörmətli Etibar bəy. Burada 25 ildir danışılan Qarabağ söhbəti Biləcəridən aşağı düşmür.Diaspor deyilən bir qurum da pul dağıtmaq, bəy tərifi və nəhayət ermənilərlə qohum olmuşları doldurub içəri. Deyə bilərsinizmi ki, Siz niyə yapistlərin sifarişli hücumçuularının siyahısına düşdünüz??? P.S. O oğurlanmış 100 milyardlarla dolların 15-20 %-ni Qarabağ söhbətinə yönəltsəydilər bu məsələ çoxdan həll olardı.

Son yazılar