Menu

İsrail sərhədində Suriya qoşunları yerləşdiriləcək - Razılıq əldə olunub

29.05.2018, 12:42
İsrail sərhədində Suriya qoşunları yerləşdiriləcək  - Razılıq əldə olunub

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsrail özünun şimal sərhədlərində Suriyanın hökumət qoşunlarının yerləşdirilməsinə razılıq verib. Bu barədə xəbəri, adı çəkilməyən yüksək çinli məmura istinadla, İsrail televiziyasının ikinci kanalı yayıb.

«Yüksk rütbəli siyasi mənbənin sözlərinə görə, İsrail və Rusiya arasında İsrailin şimal sərhədlərinə yönəlik razılaşma əldə olunub. Razılaşma nəzərdə tutur ki, Bəşər Əsədin ordusu ölkənin İsraillə sərhədlərində mövqe tutsun, əvəzində isə Rusiya vəd edir ki, orada İranın və «Hizbullah»ın (Livan hərəkatı) iştirakına yol verilməyəcək» - xəbərdə belə deyilir.

İsrail-Suriya demarkasiya xəttinin yerləşdiyi rayon təhlükəsizlik zonasına daxildir və 2017-ci ildə Rusiya, ABŞ və İordaniya arasında əldə olunmuş razılaşmaya əsasən yaradılıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi bəyan edib ki, Suriyanın həmin şimal sərhədlərində yalnız Suriyanın hökumət qüvvələri yerləşməlidir və bütün qeyri-Suriyalı qüvvələr oradan çəkilməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol