İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada davam edən hərbi əməliyyatlar barədə açıqlama verib.
Axar.az xəbər verir ki, Netanyahu paytaxt Tel-Əvivdə Müdafiə naziri Moşe Yaalon ilə birgə təşkil etdiyi mətbuat konfransında Qəzzada hərbi əməliyyatların davam etdiriləcəyini bildirərək, “Başladığımız işi bitirəcəyik”, - deyib.
Baş nazir ölən İsrail əsgərləri üçün kədərləndiyini dilə gətirərək ailələrinə başsağlığı verib.
Qeyd edək ki, Netanyahu ölkənin cənubunda sabitlik və təhlükəsizliyin yenidən bərqarar olacağını deyərək, əməliyyatların vacib olduğunu bildirib: “Çətin günlərdir. Gələcəkdə qarşımıza çıxa biləcək problemləri bu gün həll etməliyik. Evimiz üçün müharibə aparırıq. Ordumuz peşəkar və güclüdür. İsrail əsgərlərinə deyirəm ki, xalq arxanızdadır və sizin üçün dua edir”.
Baş nazir çıxışında HƏMAS-ı günahlandıraraq ABŞ, Kanada, Fransa və Almaniyaya İsrailə dəstək olduqları üçün təşəkkür edib.
Bu arada Netanyahu İngiltərənin Baş naziri ilə Devid Kameron arasında telefon danışığı olub.
Yayılan məlumatlara görə, Netanyahu Kameronla danışığında İngiltərənin İsrailə hərbi əməliyyatlarda verdiyi dəstəyə görə təşəkkür edib.


Şərhlər