Menu

"Son hadisə bir daha göstərir ki, status-kvo qəbuledilməzdir" - Azərbaycan XİN

29.05.2018, 19:54
"Son hadisə bir daha göstərir ki, status-kvo qəbuledilməzdir" - Azərbaycan XİN

Mayın 29-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Füzuli rayonunun Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı və onun sürücüsünü atıcı silahlardan atəşə tutmasını kəskin şəkildə pisləyir və Ermənistanın növbəti təxribatı kimi qiymətləndiririk.

Bunu Trend-ə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi deyib: "Təyinatına, ölçülərinə və xarici görünüşünə görə əkin sahəsində fəaliyyət göstərən kombaynı ayırd etmək çox asandır. Lakin, aydın şəkildə görünür ki, Ermənistan silahlı qüvvələrinin məqsədi sözügüdən mülki obyektə qarşı hədəflənmiş hücum aktı olmuşdur.

Ermənistan tərəfindən qoşunların təmas xəttində təxribatlar törətmək məqsədilə qəsdən mülki insanların, o cümlədən azyaşlı uşaqların və mülki obyektlərin hədəfə alınması sistematik xarakter daşıyır.

Bu son hadisə də bir daha göstərir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğunu davam etdirməsinə və Azərbaycanın ərazilərinin işğal altında saxlanmasına əsaslanan status-kvo qəbuledilməzdir və regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqda davam edir. İşğala əsaslanan status-kvonun dəyişdirilməsi üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır".

Şərhlər

t.ədalət 2018-05-29 19:54:02

Fikirləşirsən ki,özünə dolanmağa pul tapmayan,əhalisi işsizlikdən ölkədən baş götürüb qaçan ermənistan dövləti,görəsən,hansı pulla ordu saxlayır,hələ bir qonşu dövlətin ərazilərinə basqın edir?Dərhal da,görürsən ki,hücum edən də,kombayna güllə yağdıran da,ancaq və ancaq rus silahlı qüvvələridir.Nə qədər ki,biz bunu görməzliyə vurur,özümüzü zəif ermənistanın qurbanı kimi təqdim edirik,Rusiya problemi dərinləşdirməkdə davam edəcək..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol