Menu

İTV-nin baş direktoru vəzifəsinə yeddi iddiaçı var - SİYAHI

30.05.2018, 13:11
İTV-nin baş direktoru vəzifəsinə yeddi iddiaçı var - SİYAHI

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb.

Milli Televiziya və Radio Şurasından (MTRŞ) APA-ya verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı - Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu sənədlərini təqdim edib.

"İctimai televiziya və radio yayımı haqqında" qanunun tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin siyahısı:

№

Soyadı, adı, atasının adı

Hal-hazırda işlədiyi müəssisə

1

Abbasov Rauf Müzəffər oğlu

Gəncə regional fövqəladə hallar və

mülki müdafiə şöbəsi, rəis müavini

2

Abbasov Səbuhi Mübariz oğlu

7news.az saytı, baş redaktor

3

Mehrəliyeva Şəfəq Akif qızı

ADA Universiteti, aparat rəhbəri

4

Mehtiyeva Rahilə İbrahim qızı

Elit informasiya agentliyi, MMC

baş direktor

5

Xəlilova Qərənfil Əli qızı

Hal-hazırda işsizdir

6

Qarayev Sadıq Qurban oğlu

AMEA Mərkəzi Nəbatat

Bağı, elmi işçi

7

Qasımov Balakişi Ələkbər oğlu

İctimai Televiziya və Radio Yayımları

Şirkəti, baş direktorun müavini

Şərhlər

Vidadi 2018-05-30 13:11:48

Azərbaycanda müsabiqə mədəniyyəti yoxdur.Yalan namizədlər.TəyinatdırBoşuna görünüş yaratmaqla artıq insanları aldatmaq mümkün deyil.Hətta namizədlər bilir ki, kim təyin olunacaq.Nə qədər ki, seçki və müsabiqə fiksiya üzərində qurulub bu ölkədə demokratik heç nə gözlənilə bilməz !

aysber 2018-05-30 13:11:48

Nə olsun ki, Azərbaycan Prezidenti olmaq üçün 15 nəfər marionetka vardı və hamısı da solovey kimi birini səsləyirdilər! Azərbaycan reallığı budur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol