Menu

Milli Məclisin Gənclər və idman komitəsinin sədri postuna namizəd irəli sürülüb

30.05.2018, 14:03
Milli Məclisin Gənclər və idman komitəsinin sədri postuna namizəd irəli sürülüb

Milli Məclisin (MM) Gənclər və idman komitəsinin sədri yerinə namizəd məlum olub.

APA-nın məlumatına görə, bu posta deputat Ülvi Quliyevin namizədliyi irəli sürülüb.

Məsələ MM-in yaz sessiyasının sabah keçiriləcək sonuncu plenar iclasının gündəlyinə daxil edilib.

Qeyd edək ki, MM-in Gənclər və idman komitəsinin sədri yeri Fuad Muradovun bir müddət əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olmasından sonra boş qalmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol