Menu

OECD qlobal iqtisadi artımla bağlı proqnozunu dəyişib

30.05.2018, 14:47
OECD qlobal iqtisadi artımla bağlı proqnozunu dəyişib

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) bu il dünya iqtisadiyyatının artımı ilə bağlı proqnozunu azaldıb.

“Report” barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, qurum bu il dünyada iqtisadi artımın 3,8% təşkil edəcəyini proqnozlaşdırır. Bu ilin mart ayında açıqlanmış proqnozda sözügedən göstərici 3,9% idi.

O cümlədən OECD avrozona üçün builki iqtisadi artım proqnozunu da 0,1 faiz bəndi azaldaraq 2,2%-ə endirib, gələnilki iqtisadi artım proznozunu isə 2,1% səviyyəsində saxlayıb.

ABŞ üçün iqtisadi artım proqnozu dəyişdirilməyib. EOCD bu il ABŞ iqtisadiyyatının 2,9%, gələn il isə 2,8% böyüyəcəyini proqnozlaşdırır.

Xatırladaq ki, ötən il qlobal iqtisadi artım 3,7% təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol