Menu

ABŞ-da böyük şirkətlərdən birində partlayış - Xəsarət alanlar var

30.05.2018, 21:09
ABŞ-da böyük şirkətlərdən birində partlayış - Xəsarət alanlar var

ABŞ-ın Kentukki ştatında partlayış olub.

Trned-in məlumatına görə, hadisə beynəlxalq kuryer xidmətini həyata keçirən UPS şirkətinin anbarında baş verib.

Anbarda propan saxlanılan böyük sisternlərin partladığı məlumat verilib. Xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb. Daha 10 nəfər də ehtiyat tədbiri olaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerində polis və yanğınsöndürənlər işləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol