Menu

«ABŞ-ın siyasəti qeyri-müəyyəndir...» 

31.05.2018, 00:47
«ABŞ-ın siyasəti qeyri-müəyyəndir...» 

Amerika Birləşmiş Ştatlarının (ABŞ) qeyri-müəyyən (proqnoza gəlməyən) siyasəti Berlini məcbur edir ki, Avropa İttifaqının işlərində (Aİ) daha çox liderlik etsin və fəal mövqe tutsun. Bu barədə Almaniya bundestaqının sədr müavini Volfhanq Kubiki bəyan edib.

«Biz, həm də ABŞ siyasətinin qeyri-müəyyən olduğu qənaətini bölüşürük. Bundan belə nəticə çıxır ki, Almaniyanın başçıları Avropa işlərində, o cümlədən Rusiyaya yönəlik münasibətdə daha çox liderlik etməli və fəal mövqe tutmalıdırlar» - deyə, almaniyalı siyasətçi Rusiya Federasiya Şurası beynəlxaq məsələlər üzrə komitəsinin sədri Konstantin Kosaçovla görüşü zamanı qeyd edib.

Onun sözlərinə görə, Berlin tapşırığı onda görür ki, vəziyyətin daha da gərginləşməsinə imkan verilməməli və gərginliyin yumşaldılması istiqamətində müvafiq addımlar atılmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol