Bakı şəhəri, Sabunçu rayonu Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğınla bağlı hadisə yerinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının beş briqadası cəlb edilib.
Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.
Onun sözlərinə görə, isterik reaksiya ilə bağlı yerində 4 nəfərə ilkin tibbi yardım göstərilib.
S. Əhmədova qeyd edib ki, 1 nəfər tüstüdən boğulub, həmin şəxs Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.
* * *
Bakı şəhərinin Sabunçu rayonu Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.
Əlavə məlumat veriləcək.


Şərhlər