Hizbullah baş katibi Seyyid Həsən Nəsrullah HƏMAS Siyasi Büro rəhbəri Xalid Məşəl və İslami Cihad Hərakatının baş katibi Ramazan Şallaha telefon açaraq vəziyyəti müzakirə edib.
"Hizbullah"ın yaydığı yazılı açıqlamada bildirilir ki, Seyyid Həsən Nəsrullah danışıq zamanı X.Məşələ deyib: "Hizbullah və Livan müqaviməti Fələstin xalqının və müqavimətinin yanındadır.
X.Məşəl isə öz növbəsində bu böyük dəstəyə görə təşəkkür edərək S.H.Nəsrullaha bildirib: "Sabitlik, müqavimət və qələbə qazanma mövzusunda müqavimət təşkilatlarının gücünə tamamilə güvənirəm".
Seyyid Həsən Nəsrullahın İslami Cihad Hərəkatı rəhbəri Ramazan Şallahla etdiyi telefon danışığında isə son hərbi və siyasi vəziyyətin müzakirə edildiyi qeyd edilir. Seyyid Həsən Nəsrullah və Şallahın İsrail rejiminin hücumlarının beynəlxalq aləmin dəstəyindən qaynaqlandığı, Qəzzadakı müqavimət təşkilatlarının isə sonsuz xalq dəstəyilə hərəkət etdiyi mövzusunda həmfikir olduqları qeyd edilir. Həmçinin, açıqlamada S.N.Nəsrullahın Şallaha Hizbullahın Qəzzadakı müqavimət təşkilatlarıyla əməkdaşlığa hazır olduğunu söylədiyi vurğulanır. /deyerler.org


Şərhlər