Menu

Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın - Sənədlər yandı... (YENİLƏNİB)

01.06.2018, 18:09
Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın - Sənədlər yandı... (YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyi Dövlət Sosial Müdafiə Fondunda (DSMF) baş verən yanğınla bağlı növbəti məlumatını yayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerləşdiyi 9 mərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 13 m2 olan iş otağında ofis mebelləri və sənədlər yanıb.

Yanğın zamanı 30 nəfər işçi yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Digər otaqlar yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

* * *

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olub.

APA-nın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.

Şərhlər

vəkil 2018-06-01 18:09:38

köhnə sovet metodu kolxoz sədrinin ot tayasini yandirmaq variyanti...

t.ədalət 2018-06-01 18:09:38

Görünür,saxta sənədləri itirmək üçün törədilib..

Bashirov Qarib 2018-06-01 18:09:38

mebel-filan boş şeydir,əsas odur ki, sənədlər yanıb- Səlimin sənədləri.Sənəd yoxdursa ogurluq da yoxdur.

hərbi pensiyaçı 2018-06-01 18:09:38

Çox ehtimal ki, özləri törədiblər ki, yoxlama aparmaq mümkün olmasın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol