Menu

Qərb bölgəsinə güclü yağış və dolu yağır

01.06.2018, 18:46
Qərb bölgəsinə güclü yağış və dolu yağır

Azərbaycanın Qərb bölgəsində güclü yağış və dolu yağır.

"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayonunda leysan yağış doluya çevrilib, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Analoji hava şəraiti Göygöl və Gədəbəy rayonlarında da müşahidə olunur. Həmçinin Gəncə, Şəmkir və Samux rayonunda küləklə müşahidə olunan leysan yağışlar yağır. Eyni zamanda Qazax, Ağstafa, Tovuz rayonlarında da yağıntılı hava şaraiti davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol