Menu

Dünya cüdo tarixində ilk dəfə kişilərdən ibarət yığmaya qadın baş məşqçi təyin olunub

02.06.2018, 16:51
Dünya cüdo tarixində ilk dəfə kişilərdən ibarət yığmaya qadın baş məşqçi təyin olunub

Cüdo üzrə kişilərdən ibarət Braziliya millisinə qadın baş məşqçi təyinat alıb.

"Report"un məlumatına görə, yığma yaponiyalı Yuko Fujiyə tapşırılıb. O, Braziliya Olimpiya Komitəsinin dəvəti ilə yığmaya cəlb olunub.

Bu isə dünya cüdo tarixində ilk dəfə baş verib. Fujiye daha öncə qadınlardan ibarət Britaniya yığmasında işləyib.

Qeyd edək ki, Yuko Fujiye 20-27 sentyabrda Bakıda keçiriləcək dünya kubokunda da Braziliya yığmasına rəhbərlik edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol