Menu

«ABŞ bizə özgə qapılarını döyməyi təklif etməməlidir» - ƏRDOĞAN 

03.06.2018, 00:43
«ABŞ bizə özgə qapılarını döyməyi təklif etməməlidir»  - ƏRDOĞAN 

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğan Amerika Birləşmiş Ştatlarını (ABŞ) beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrinin Türkiyəyə satılması barədə bu ölkə il bağladığı saziş üzrə öhdəliklərini yerinə yetirməyə çağırıb.

«Biz deyirik ki, ABŞ bizim strateji həmkarımızdır. Ancaq strateji həmkar bizə özgə qapılarını döyməyi təklif etməməlidir» - deyə, «Anadolu» agentliyi prezidentdən sitat gətirir.

Türkiyə lideri əlavə edib ki, bu məsələni ABŞ prezidenti ilə müzakirə edib, eyni zamanda, nümayəndələr də danışıqlar zamanı müzakirə ediblər.

«Əgər biz, strateji həmkarıqsa, o zaman ABŞ bu məsələdə heç bir hüquqi səhv buraxmamalıdır» - deyə, Ərdoğan fikrini tamamlayıb.

Ankaranın Moskva ilə S-400 zenit-raket kompleksləri (ZRK) almaq barədə saziş bağlaması fonunda, Vaşinqton Türkiyəyə F-35 təyyarələri satmaq məsələsini sual altına alıb.

Ehtimal olunur ki, Türkiyə Rusiyadan 2 batareya S-400 ZRK alacaq və onlara yerli (türk) personal xidmət edəcək. Bundan başqa, tərəflər bu komplekslərin Türkiyədə istehsalı sahəsində əməkdaşlıq etmək barədə də razılığa gəliblər.

ABŞ və NATO nümayəndələri dəfələrlə buna öz narazılıqlarını bildiriblər. Bunun cavabında Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu bildirib ki, əgər Vaşinqton təyyarələrin verilməsini bloklasa, Ankara cavab tədbirləri görəcək. Alternativ qismində o, uyğun sahə üzrə Rusiya ilə əməkdaşlığa barmaq tuşlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol