Menu

Əsəd də Şimali Koreya lideri ilə görüşmək istəyir

03.06.2018, 14:30
Əsəd də Şimali Koreya lideri ilə görüşmək istəyir

Suriya prezidenti Bəşər Əsəd KXDR-ə rəsmi səfər etmək və ölkə lideri Kim Çen In ilə görüşmək niyyətində olduğunu bildirib.TASS xəbər verir ki, Əsəd müvafiq bəyanatla mayın 30-da KXDR-in Suriyadakı yeni səfirinin etimadnaməsini qəbul edən zamanı çıxış edib.

"Mən gələcəkdə KXDR-ə səfər etmək və onun lideri Kim Çen Inla görüşmək niyyətindəyəm", - deyə agentlik prezidentin sözlərini sitat gətirib.

O həmçinin Suriya hökumətinin bundan sonra da Şimali Koreyanın siyasi kursunu dəstəkləyəcəyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol