Tovuzda üç yaşlı oğlan kimyəvi maddədən zəhərlənərək ölüb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qədirli kənd sakini, 2015-ci il təvəllüdlü Ramil Vüqar oğlu Balakişiyev yaşadığı evdə şüşədə olan metafos tərkibli məhlulu meyvə şirəsi bilərək içib. Ağır dərəcədə zəhərlənən uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.


Şərhlər