Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vəzifəsindən azad olunduqdan sonra barəsində yazılanlara münasibət bildirib.
O, Unikal.org-a açıqlamasında deyib ki, bəzi KİV-lərdə haqqında mənfi fikirlər səsləndirilir və hesab edir ki, yazılanlar həqiqətə uyğun deyil: "Mən hər zaman şərəflə, namusla işləmişəm. Vəzifədə olduğum müddətdə əlimdən nə gəlibsə, etmişəm. Allah cənab prezidentin canını sağ eləsin. Neçə illər mənə ehtimad göstərdi. İndi məsələhət oldu ki, vəzifədən gedim. Bu, prezidentin səlahiyyətində olan məsələdir və müzakirə olunmur. Mənə elə gəlir ki, harada olmağımızdan asılı olmayaraq əlimizdən gələni xalqımız üçün etməliyik. Biz hansı müddət ərzində vəzifədə olmuşuqsa, prezidentin tapşırdığı vəzifələri icra etməliyik. Mən də hər zaman prezidentin tapşırığını yerinə yetirmişəm. Çalışmışam ki, mənə göstərilən etimadı yüksək səviyyədə doğruldum”.
Sabiq nazir yeyinti ittihamlarına da cavab verib. O bildirib ki, bu barədə səslənən fikirlər də böhtan xarakterlidir: "Fondun büdcəsi cəmi 3.4 milyard manatdır. Bunun 97-98 faizi pensiya ödənişinə sərf olunub. Bu pullar necə itə bilər? Bu pullar da Maliyyə Nazirliyindən köçürülür. Həmin vəsaitin bir qara qəpiyi də başqa yerə köçürülə bilməz. Sözügedən məsələni maliyyəçilər daha yaxşı başa düşər”.
S.Müslümov onu da nəzərə çatdırıb ki, hazırda elmi fəaliyyətlə məşğuldur: "Özüm professor, iqtisad elmlər doktoruyam. Elmdən dövlət idarəçiliyinə gəlmişdim. Artıq idarəçilikdə deyiləm və yenə də elmi işlərimlə məşğulam” .

Şərhlər
axı bütün bu neqativ halları yaradan onun qohumları ilə birlikdə başında duran ogurlugun süründürməciliyin bütün qeyri qanuni işlərin təşkilatcısıvə icra etdirən məmurlar nə deyə bilər? hansı məmur vicdanlı işdən prezidentə xalqa sədaqətdən danışa bilər. biz özümüzə başımıza gətirdiklərinə inanaq yoxsa bu işləri törədənlərin növbəti piyarına.biz illərlə körüb müşahidə etdiyimiz ölcüyə gəlməyən maddi və mənəvi ziyanlarımız əsasında bu sözləri azda olsa ictimayyətə catdırmaq istəyirik başqa məqsəd yoxdu .
Bu şərh yazanlar nə maraqlı insanlardır.Balam bal tutan barmaq yalayar da!Birinin barmağı toppuş olur,o birininki incə.Hansı nazir olan YAP üzvü vəzifədən gedəndə altından cinayət,oğurluq, talama aşkarlanmayıb? Olarmı elə şey? Hətta MTN-dən nələr ortaya çıxdı.DAha başqalarından nə gözlənilmədir ki?Rabitəsi,nəqliyyatı,vergisi,pensiya və s.
Təzadlar ölkəsində yaşamağa məcbur edilmiş insanlar kimi sakit oturun.Guya Sizin komentarilərinizi oxuyub nəticə çıxaran.vəziyyəti düzəltmək istəyən qurum var? Dözməliyik!
molodes yaxwi esgersen,esas inkiwafdu...
mən yeni müsavat qəzetində sabiq nazir müslümov barəsində gedən bütün materialları izləyirəm vəalqışlayıram. elşən məmmədəliyevdən xahiş edərdim DSMF nin hərbicilərin necə soyulması haqda olan işlərindən və bu barədə olan məlumatlarda bura əlavə etsə dsmf onun hərbicilərlə iş departamenti haqda tam olmasada müəyyən həqiqətləri göstərmiş olarlar və azərbaycan ugrunda şəhid olmuş yaralanmış və pensiyada olanlaradından sizə həmişə minnətdar olarıq.
Bismillahir-Rəhmanir-Rəhim.
Bu dünya gəlimli-gedimli dünyadır. Atalar deyib ki, Süleyman Peyğəmbərə qalmayan dünya, heç kimə qalmayacaq.
Bu yerdə Konfutsinin bir fikirlərini deyim: “Balaca adam tarazlığının itirilməsinin səbəbini yalnız başqalarında görər”.
Mətbuatda gedən məlumatlara görə əminliklə demək olarki, bu nazirlikdə nələr olmayıb(ƏƏSMN- də baş verən maliyyə oğurluğu,saxta pensiya kartları,əlillər üçün nəzərdə tutulmuş vəsaitlərin oğurlanması və s... ). Lənət olsun bu məmləkəti talayib viran edənlərə. Məntiqlə izah etmək çox çətindir.Məni təəccübləndirən başqa bir şey də var. Daha pis tərəfi ondadır ki, Maliyə Nazirliyinin məsələni daha yaxşı basa düşər deyirsiniz. Xoruzun guyrugu tez göründü!
Mən pensiyaya görə bu quruma qarğıç etməyən adam tanımıram
Heç dinc dayanmır..Demək istəyir ki,`....` Maliyə Nazirliyini də ``qonaq``eliyib``.Ancaq nədənsə pulla düzələn təqaüdlər haqda danışmır.....Rüşvətlə düzələn təqaüdlər bu qurumun rəhbərlərinin``şəxsi təsərüfatı`` olub.Bu adam elə bir adamdır ki,heç kəs risk edib onun elədiklərini üzünə deyəmməz......
Səlim müəllim,deyəsən,zəmanədən uzaqlaşıb.Axı,bu qədər inandırıcı olmayan xəbərlri necə danlşmaq olar? ƏƏHSM- də baş verən maliyyə oğurluğu,saxta pensiya kartları,əlillər üçün nəzərdə tutulmuş əlavə vəsaitlərin oğurluğu,putyovkalardan tutmuş yardımlara qədər bütün sahələrdə dələduzluq və b.onlarla vəzifə səlahiyyətlərini aşma faktlarını ,məgər gizlətmək olur? Ordakı rəhbərlərin milyonlarla dollar dəyərindəki mülklərin ünvanını necə gizlədəcəksiz? Təəssüf ki ....
köməkçisinə də cəza verilməlidir, çox azmışdır, yerinə düşdü.
Bu adam saytlarda yazılanları oxumayıb? hesablama palatasının yoxlama nəticələri ilə tanış deyil? ....İnsanların şərhlərdə yazdığı konkret faktlar necə olsun!
Sonuncu başabəla pensiya qanunundan məlum oldu sizin alimliyiniz....