«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, 4 aylıq müddətə rotasiyalı qaydada Litvanın Zoknyay aviabazasında yerləşdirilmiş NATO qırıcıları ötən həftə 8 dəfə Rusiyanın hərbi təyyarəsini müşayiət ediblər. Bu barədə Litva Müdafiə Nazirliyinin (MN) bəzar ertəsi dərc olunmuş həftəlik məlumatında söhbət açılır.
Litvada növbə çəkən Portuqaliya və İspaniya hərbi-hava qüvvələrinin (HHQ) qırıcıları mayın 29 və 30-da havaya qalxaraq, Rusiya təyyarələrini müşayiət ediblər. «Uçuşlar qrup halında və tək halda Baltik dənizi və Kalininrad vilayəti üzərində həyata keçirilib» - deyə, Litva müdafiə idarəsi bildirib.
NATO qırıcıları Rusiyanın An-26, Tu-204, Su-30, Su-24, İl-20, Su-27, An-12 təyyarələrini müşayiət ediblər. Müdafiə nazirliyinin versiyasına görə, uçuşlar həm əvvəlcədən razılaşdırılmış plan üzrə, həm də tam susqunluq rejimində həyata keçirilib.
Rusiya müdafiə nazirliyi (MN) isə dəfələrlə bəyan edib ki, ölkənin hərbi təyyarələrinin uçuşları neytral sular üzərində və beynəlxaq qaydalara ciddi şəkildə əməl olunmaqla həyata keçirilir.

Şərhlər