Qvatemalada Fueqo vulkanının püskürməsi zamanı ölənlərin sayı 82-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Prensa Libre" portalı məlumat yayıb.
Məlumatda bildirilir ki, yanıq xəsarətləri alan qadın xəstəxanada ölüb. Ərazidə daha 6 nəfərin cəsədi tapılıb.
Qvatemalanın Təbii Fəlakətlərin Nəticələrinə qarşı Mübarizə üzrə Milli Xidmətinin məlumatına görə, 192 nəfər itkin düşüb.


Şərhlər