Menu

Ədən körfəzində azı 46 miqrant ölüb

07.06.2018, 00:10
Ədən körfəzində azı 46 miqrant ölüb

Bu gün 46 efiopiyalı miqrant Ədən körfəzini keçmək istəyərkən həyatını itirib.

APA-nın RİA Novosti agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının mətbuat katibi Leonard Doyl bildirib.

“Əməkdaşlarımızdan suda batan 37 kişi və 9 qadın barədə məlumat almışıq. Daha 16 nəfər itkin düşüb. Onların sağ qalma ehtimalı çox azdır”, deyə L.Doyl qeyd edib.

Məlumata əsasən, Efiopiyadan olan miqrantlar Somalinin Bosaso limanından qayıqla dənizə çıxıblar. Qayıqda ümumilikdə 100 nəfərin olduğu ehtimal olunur. Onların Yəmənə iş dalınca üz tutduqları bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol