Menu

GENERALIN QARDAŞI İŞDƏN ÇIXARILDI - "Zəhər Mamed” Tovuza başçı təyin olundu!

07.06.2018, 15:52
GENERALIN QARDAŞI İŞDƏN ÇIXARILDI -  "Zəhər Mamed” Tovuza başçı təyin olundu!

Tovuz rayonuna yeni icra başçısı təyin edilib. "Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. M.Məmmədov "Aqrokimya" MMC-nin rəhbəri olub. O, uzun müddət bitkiçiliklə və onların mühafizəsi ilə məşğul olub.

Məmməd Məmmədov Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olub. Onun böyük qardaşı Cahan Məmmədov Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aparat rəhbəridir.

Bakupost  xəbər verir ki, yeni icra başçısı  Kənd Təsərrüfatı Nazirliyində çalışıb. Uzun müddət bitçilik sahəsi, xüsusən bu sahəyə aid dərmanların hazırlanması üzrə işlədiyindən "Zəhər Mamed” ləqəbi ilə tanınıb.

Dövlət başçısının digər sərəncamı ilə Tofiq Məhəmmədəli oğlu Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

"AzPolitika" xatırladır ki, Tofiq Zeynalov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşıdır. 75 yaşlı Zeynalov 2007-ci ildən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tuturdu. 

Tofiq Zeynalov istefaya göndərilməsini musavat.com-a şərh edərkən deyib ki, sərəncam haqda ona təzəliklə məlumat veriblər: "Nahar fasiləsindən qayıtdıqdan sonra eşitdim ki, vəzifədən azad edilmişəm. Allah cənab prezidentdən razı olsun. Şübhəsiz ki, islahatlar davam etdirilməlidir. Yeni kadrlar gəlməlidir. Bizə tapşırılan bu vəzifəni yerinə yetirdik, bizdən sonra gələnlər də, inanıram, yüksək səviyyədə işlərinin öhdəsindən gələcəklər".

Şərhlər

Kaktus 2018-06-07 15:52:09

Tovuzda birazda davam eleseydi qeseng sehra meyveleeimiz bar verəcəkdi.Heyif...

Fikrət Hacıyev 2018-06-07 15:52:09

Bu məşhur Zeynalovların sonunun başlanğıcı deyil ki? GDU-dan Zakir Zeynalov kafedrada hamının qarşısında "cəsarətlə"..... Eldar Mahmudova bu barədə şikayət etdiyimə görə məni işdən qovub, faktiki olaraq məhv etdilər. "Cəsarətli" Zakir Zeynalov isə fəxri professor adı aldı və vəzifəsi artırıldı. Böyük çətinliklə işə bərpa olsam da, indi də onun dostu ..... Elxan İsmayılov tələbələr vasitəsi ilə normal dərs keçməyə imkan vermir. Ramiz Zeynalov haqqında isə mənə elə gəlir ki, nə isə demək belə artıqdır. Maraqlıdır bu Zeynalovların gözü doymadığına görə hələ xalqımız nə qədər əzab çəkməlidir?

Sakine 2018-06-07 15:52:09

Nesimi icra bascisi Vasif deyil Asifdi Sebailden gelib

Dr.AGAOGLU 2018-06-07 15:52:09

SADECE TOPLANANLARIN YERI ZEYNALOVLARIN ISTEYINE UYGUN DEYISDIRILDI, VESSALAM!QAZAN USTUORTULU QAYNAMALIDIR!

G.M 2018-06-07 15:52:09

General DYP-ni elə günə salıb ki..qardaşı Touzu nə günə saldığı buna muştuluqdur.Vaxt yetişib.Ölkəni soyub -talayanlarla vidalaşmaq zamanıdır.

vətəndaş 2018-06-07 15:52:09

Mən 1990-cı illərdə ticarət sahəsində maliyyə sahəsinə rəhbərlik edirdim. Arzum Vergidə işləmək idi və rəhbərliyə müraciət etdim və bildirdilər ki, ticarətçini vergiyə işə götürülməsinə icazə vermirlər. İndi tigarətçilər olublar icra başçıları və nazirlər. ona görə də vətəndaşın şikayətinə baxılmır....?

Abit 2018-06-07 15:52:09

Leqebe bax e " zeher"

EWDER 2018-06-07 15:52:09

hec maraqlanmayacaqlar AZERBAYCAN NAQILLLAR OLKESI.ESAS INKIWAFDU

Tovuzlu 2018-06-07 15:52:09

Buna kadr seçmək deyilir? Yenə bezi məmurlarr öz qohum-qardalarını vəzifəyə soxuşdurmaqla məşğuldurlar.Biri bank müdiri,digəri nazir və belə.Buna kadr dəyişikliyi yox,yerləşdirmək deyilir.Bizneslə məşğul olan adam indi rayonu qumara qoyacaq..........Limit tükənub.Yerdə qalanları da gedənlərin tayıdr. zaman ...

sakin 2018-06-07 15:52:09

Nesimi icra bashcisi Vasifi deyishse yaxsi olar. Bu gun adam ozunu yandirirdi qonshuluqda maraqlanmadida ne oldu orda.

Abit 2018-06-07 15:52:09

İşıq isaresi ne vaxt çıxarılacaq? Biabırçılıqdı.Tofiq kimi adamlar Tovuzu berbad güne qoyub

məmmədhəsən 2018-06-07 15:52:09

Məsələn, mən nə təklif edərdim. 30 yaşa qədər 1000 nəfər imtahan (tapşırıq yox) yolu ilə seçərdim, onlara 6 ay xüsusi kurs keçərdim, daha sonra içərilərindən 300 nəfər seçib rayonların idarəçiliyini (başçı və müavin) onlara tapşırardım.Rayonda başçı rüşvət almasa kimsə buna cəsarət etməz. Aylıq yüksək maaş-5000-dən yuxarı. Rüşvət aldığı halda- ömürlük həbs! Paralel olaraq digər dövlət strukturlarında da eyni qayda ilə. Yoxsa.. kimsə biznesdən icra başçısı gəlirsə... ayrı maraqları var.

S.Ənvər qızı-- ardı 2018-06-07 15:52:09

Cənab Prezident,məmurların vətəndaşlara olan mənfi münasibətdən təfsilatı ilə məlumatınız yoxdur. Əgər olseydi,tam əminiklə deyə bilərəm ki,Sizin cəmiyyətinizdəki nüfuzunuza sarsılmaz zərbə vuran bu balaca padşahları ən sərt şəkildə cəzalandırardınız. Ümumiyyətlə bu nazirlikdə vətəndaşların müraciətinə baxılmır, vətəndaşı dövlətdən narazı salma hallarına şərait yaradılır.. Ailəmə qarşı olan məmur özbaşnalığına son qoymaq üçün,məsləhət bildiyiniz məmur tərəfindən qəbul olunmağıma köməklik etməyinizi xahiş e.

EWDER 2018-06-07 15:52:09

esas inkiwafdu.kimin wikayetine baxirlar ki.hami ailecanludu.

S.Ənvər qızı 2018-06-07 15:52:09

Hörmətli Cənab Prezident!Sizin sərəncamınızla təyin olunan məmurlar öz xidmətləri ilə etimadınızı doğrultmaq əvəzinə, işgüzar nüfuzunuza xələl gətirirlər.
Bu məmurlardan biri Rabitə Naziri Ramin Quluzadədir.Bu Nazirlik haqqında Sizin və 1-ci vitse prezidentin ünvanına(axırıncı dəfə 29/04,13/05,24/04,15/05-2018-ci illər)saysız-hesabsız müraciətlər etməyimə baxmayaraq,şikayətimiz araşdırılıb tədbir görmək əvəzinə süründürməçiliyə yol açırlar,sosial narazılığı böyüdürlər.Xahiş edirik Şikayətimə baxıl.üçün t.g.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol