Menu

Həyat yoldaşını öldürərək qaçan şəxsin meyiti Kür çayından tapılıb

07.06.2018, 15:07
Həyat yoldaşını öldürərək qaçan şəxsin meyiti Kür çayından tapılıb

Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində tapılan meyitin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Qırmızı Samux adlanan ərazidə tapılan meyit polis tərəfindən axtarışda olan 1967-ci il təvəllüdlü Kəlbəcər rayonundan məcburi köçkün olan Firuddin Əlif oğlu Ələsgərova məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol