Menu

Rusiya Dünya Çempionatının ən reytinqsiz komandası sayılıb

07.06.2018, 16:50
Rusiya Dünya Çempionatının ən reytinqsiz komandası sayılıb

Rusiyada keçiriləcək Dünya Çempionatına bir neçə gün qalmış, FİFA yarış iştirakçılarının reytinq cədvəlini açıqlayıb. Yeni siyahıdan məlum olub ki, Stanislav Çerçesovun komandası dünya reytinqində xeyli geriləyərək, tarixində ilk dəfə 70-ci yerə layiq görülüb.

Qeyd edək ki, Rusiya komandası çempionat öncəsi keçirdiyi son oyunlarda Avstriya yığmasına 0:1 hesabı ilə uduzmuş, Türkiyə millisi ilə isə 1:1-lik heç-heçə etmişdi. Rusiyalı azarkeşləri ən çox məyus edən məqamlardan biri də odur ki, onların komandası çempionata gələn yığmalar arasında ən aşağı reytinqə malikdir.

Hətta ruslarla eyni qrupda olan Səudiyyə Ərəbistanının da reytinqi daha yüksəkdir. Ərəblər bu cədvəldə 67-ci yerdədirlər. Həmin qrupdakı Uruqvay və Misir yığmaları isə müvafiq olaraq, 14-cü və 45-ci yerə layiq görülüblər.

FİFA-nın reytinq cədvəlində ilk üçlüyə Almaniya, Braziliya və Belçika komandaları daxildir. Argentina 5-ci, İspaniya millisi isə 10-cudur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol