Türkiyənin Ərzurum vilayətində, Palandöken səmtində 2011-ci ildə tələbələrin qış Universiadası üçün inşa edilmiş üç obyekt dünən darmadağın olub.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bu obyektlərin inşasına 26 milyon dollar sərf olunmuşdu.
Dağılan obyektlərdən biri Türkiyədə yeganə uzun tramplindir.
İlkin məlumatlara görə, 3 tramplinin dağılma səbəbi qurğularda böyük çatların yaranmasıdır.
Çatların səbəbi isə inşaat şirkətlərinin yol verdikləri səhlənkarlıq və yanlışlıqlardır.
Ərzurum prokurorluğu baş verənlərdə obyektləri inşa etmiş "Sarıdağlar İnşaat" şirkətini suçlayıb.


Şərhlər