«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, «TurStat» analitik agentliyi 2018-ci il yay istirahəti üçün MDB-nin populyar kurortlarının reytinq cədvəlini tərtib edib. Bu barədə agentliyin pəsmi saytında xəbər verilir.
İlk 5 istiqamət sırasında Qazaxıstanın Barabay (Borovoye), Qırğızıstanın İssık-Kul, Belarusun Naroç gölü, Bakının Bilgəh plyajları (Azərbaycan) və Ermənistandakı Sevan gölü yer alıb.
Bu zaman ən ucuz kurort İssık-Kul (50 dollar), ən bahalısı isə Bakı kurortları (100 dollar) hesab olunub.
Agentliyin məlumatına görə, bu kurortlarda istirahətin orta müddəti 7-14 gün təşkil edir.
Sözügedən kurortlara Rusiyanın əsasən Moskva, Moskva ətrafı, Sankt Peterburq, Cənubi Ural və Sibir bölgələrindən daha çox turist gəlir.


Şərhlər