«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Şimali Koreya lideri Kim Çen Inı Sinqapura, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampla görüşə aparan təyyarəni müşayiət etmək üçün xüsusi qırıcı təyyarə göndərə bilər.
Cənubi Koreyanın məlumatlı hərbi mənbələrinə istinadla, bu barədə xəbəri «South China Morning Pos» nəşri yayıb.
Gözlənildiyi kimi, sammit iyunun 12-də Sinqapurda keçiriləcək. Nəşrin mənbəyi qeyd edib ki, Çin üzərindən Sinqapura uçacaq Kim Çen Inın təyyarəsini müşayiət etmək üçün özünün qırıcı təyyarəsini göndərə bilər. Mənbənin fikrincə, beləliklə Çin Xalq Respublikası (ÇXR) sammit ərəfəsində Koreya Xalq Demokratik Respublikasına (KXDR) öz təsir gücünü artırmağa cəhd göstərmiş olar.
«Dövlət başçısının qırıcılarla müşayiət olunması ən yüksək təhlükəsizlik protokoludur. Əgər Çin belə eskortu təmin edərsə, bu, ABŞ və Cənubi Koreyanın ünvanına bir siqnal sayıla bilər ki, Pekin Şimali Koreya rejimini möhkəm dəstəkləyir» - deyə, mənbə bildirib.
Nəşr həm də qeyd edir ki, Kim Çen In özünün təhlükəsizliyindən yüksək narahatlıq keçirən bir lider kimi məşhurdur. Ona görə, hələ də onun Sinqapura uçucağı marşrut məlum deyil.
Bununla yanaşı, Honqkonqdan olan hərbi ekspert Sun Çjunpin qeyd edib ki, belə hallarda marşrutun gizli saxlanması adi praktikadır və heç təəccüblü deyil ki, «bir nomrəli göyərtə»ni qırıcılar müşayiət edirlər. Amma bir başqa məsələdir ki, hansısa bir ölkə öz qırıcısını digər dövlətin liderini üçüncü ölkəyə müşayiət etmək üçün göndərir.


Şərhlər