Menu

Türkiyədə fövqəladə vəziyyət rejimi seçkilərdən sonra ləğv edilə bilər

08.06.2018, 09:42
Türkiyədə fövqəladə vəziyyət rejimi seçkilərdən sonra ləğv edilə bilər

Türkiyədə fövqəladə vəziyyət rejimi iyunun 24-də keçiriləcək prezident və parlament seçkilərindən sonra ləğv edilə bilər. APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

“Seçkilərdən sonra fövqəladə vəziyyət rejiminin ləğvi məsələsi nəzərdən keçirilə bilər”, - deyə prezident bildirib.

Qeyd edək ki, üçaylıq fövqəladə vəziyyət rejimi Türkiyədə çevriliş cəhdindən sonra (2016-cı ilin iyulunda) tətbiq edilib. O vaxtdan fövqəladə vəziyyət rejiminin müddəti hökumətin qərarı ilə 7 dəfə uzadılıb. Sonuncu dəfə aprelin 18-dək uzadılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol