Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən ümumi yığıncağında Rəyasət Heyətinin 2017-ci il üzrə fəaliyyətinə dair hesabat təqdim olunub.
"Report" xəbər verir ki, AMEA-nın prezidenti Akif Əlizadə deyib ki, keçən il akademiya tərəfindən mövcud elmi-texniki potensialın daha da inkişaf etdirilməsi, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elm, təhsil və iqtisadiyyat arasında əlaqələrin gücləndirilməsi və digər sahələrdə mühüm tədbirlər görülüb.
Onun sözlərinə görə, hazırda ölkədə 32 mindən çox insan elmi tədqiqat işləri ilə məşğul olur ki, bunun da 30 faizi məhz akademiyanın əməkdaşlarıdır: "Bu gün akademiyada bütün təhsil səviyyəsi üzrə tədris aparılır. Yalnız bakalavr səviyyəsi üzrə təhsilin təşkili qalıb ki, ümid edirəm, ölkə başçısı bu təşəbbüsümüzə dəstək verəcək".
A.Əlizadə qeyd edib ki, ötən il akademiyaya 16 həqiqi üzvü, 25 müxbir üzvü seçilib: "Respublika üzrə 12 nəfər alim "AMEA-nın professoru" adına layiq görülüb".
O, keçən il üzrə AMEA-nın fəaliyyətini qənaətbəxş hesab edib.


Şərhlər
PAY SENI,NAQIL DANIWIR,KIME LAZIMSINIZ,URUS DEMIWKEN S T A R I E ....
Amma 30 ildir bir dənə də olsun fundamental elmi nəticə alınmayıb.Yalnız qalaq-qalaq nəticəsiz kağız və dövlət vəsaiti korlanır.Nəzarət yox,tələbat yox,hesabat yalan, araşdıran yox. Əla yerləşdiriliblər.