Menu

“Azərbaycana təyin olunacaq səfirin adı hələ məlum deyil” - Diplomat

08.06.2018, 16:07
“Azərbaycana təyin olunacaq səfirin adı hələ məlum deyil” - Diplomat

"ABŞ-ın Azərbaycana təyin edəcəyi yeni səfirin adı hələ açıqlanmayıb".

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gil deyib.

"Ümidvarıq ki, həmin şəxsin adı tezliklə bəyan ediləcək. Bu arada, mən Azərbaycanda ABŞ səfirinin səlahiyyətlərini icra edən şəxs olaraq çox səylə çalışıram ki, iki ölkə arasında əməkdaşlıq inkişaf etsin və bizim istədiyimiz şəkildə davam etsin", - deyə diplomat söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol