Rusiya aviasiyanın Suriyanın şimal-qərbində yerləşən Zardana yaşayış məntəqəsinə endirdiyi aviazərbə nəticəsində 44 dinc sakin həlak olub.Axar.az xəbər verir ki, bu barədə məlumatı “Röyter” agentliyi yayıb. Yaralıların sayının 60 nəfərə çatdığı bildirilib.
Ölənlərdən 11-i qadın, 6-sı isə uşaqdır.
Rusiya Müdafiə Nazirliyi Zardana yaşayış məntəqəsinə aviazərbə endirdiyi barədə yayılan xəbəri təkzib edib.


Şərhlər