«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, dövlət başsçıları sırasından ilk olaraq, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putinə Çin Xalq Resublikasının (ÇXR) «Dostluq» ordeni təqdim olunub.
«Prezident Putinə bu ordenin təqdim olunması Çində dövləti xidmətlərinə görə, təltifetmə sistemi yaradıldıqdan sonrakı dövrdə ilk hadisədir. Dünya miqyaslı təsirə malik böyük dövlətin lideri olaraq, Prezident Putin hazırkı Çin-Rusiya münasibətlərinin əsasını qoyan şəxsdir və hər zaman bu münasibətlərin yüksək səviyyədə inkişafına çalışıb» - deyə, ÇXR sədri Si Tsizinpin cümə günü ordenin təqdimetmə mərasimində bildirib.
«2000-ci ildən başlayaraq, Putin 19 dəfə Çinə gəlib - işgüzar səfərə və ya beynəlxalq tədbirlərdə iştirak etmək məqsədilə. Böyük dövlətlərin başçıları arasında o, Çinə hamıdan çox gəlib. Putin Çində ən tanınan və hörmət olunan başçıdır» - Si Tsihinpin bildirib.
Əlavə edib: «Prezident Putin mənim üçün ən yaxşı və yaxın dostdur».


Şərhlər